Qızıl hamburger - 63 dollara

Day.Az представляет новость на азербайджанском языке

Dubayda 63 dollara qızıl hamburger təqdim olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hamburger Dubayda keçirilən "Eat The World DXB" qida festivalında hazırlanıb.

Yeməli qızıldan olan hamburgerin tərkibində mal ətindən 5 mərmər kotlet, trüfelli pendir, fua-qra, zəfəranlı mayonez, böyürtkənli ketçup var.

 

Hamburgeri 24 karat yeməli qızıldan olan yarpaq tamamlayır.

Bu bahalı hamburgerə Dubayda yerləşən və dünyanın ən hündür tikilisi olan "Bürc-Xəlifə" göydələninin adı verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.