“Mahir “Lester”in müdafiəsi üçün ciddi təhlükə ola bilər” – Rayan Xabbard
"Legiya"nın yeni hücumşusu Mahir Emreli "Lester"lə görüşdə komandasının əsas ümidlərindən biri olacaq. Azərbaycan millisinin futbolçusu olan bu futbolçu yayda "Qarabağ"dan transfer edilib".
Day.Az Qol.az-a istinadən bildirir ki, bu sözləri polşalı futbol eksperti Rayan Xabbard ingilis klubunun telekanalına verdiyi müsahibədə bildirib.
Bu gün Konfrans Liqasının 2-ci turunda "Legiya" Varşavada "Lester"i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20.45-də başlanacaq.
Rayan Xabbard bildirib ki, Emreli "Legiya"da artıq bir neçə qol vurub: "O, son dəfə ötən həftəsonu fərqlənib. Bu, ağlasızmaz bir qol idi. O, çox yaxşı hücumçudur və güclü sol ayağı var. Mahir "Lester"in müdafiəsi üçün ciddi təhlükə ola bilər" - deyə ekspert bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре