Fərhad Mehdiyevin qəzada həlak olan qızının hadisə yerindən

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Fərhad Mehdiyevin ailəsində ağır faciə baş verib.

Məlumata görə, hüquqşünasın 17 yaşlı qızı Zəhra motosikletlə hərəkətdə olarkən "Mercedes" markalı avtomobillə toqquşub. Bakı-Sumqayıt magistralında qeydə alınan ağır yol-nəqliyyat hadisəsi nəticəsində yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Qəzanın baş verdiyi ərazidən çəkilmiş görüntüləri təqdim edirik:

XXX
09:37

Vəkillər Kollegiyasının üzvü Fərhad Mehdiyevə ağır itki üz verib.

Day.Az xəbər verir ki, tanınmış vəkilin qızı yol qəzasında dünyasını dəyişib.

Hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, minik avtomobili vəkilin qızının idarə etdiyi motosikletlə toqquşub.

Nəticədə 17 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib.

Allah rəhmət eləsin! (E-huquq.az)