Gürcü musiqiçi 25 saat fortepiano çaldı
Day.Az представляет новость на азербайджанском языке
Tbilisi sakini, 29 yaşlı Tamar Babilua dayanmadan 25 saat ərzində fortepiano çalaraq musiqili alətlərdə fasiləsiz ifa üzrə milli rekorda imza atıb.
Bu barədə Trend TASS-a istinadən məlumat verir.
T.Babilua ifasına martın 28-i saat 12:00-da başlayıb və fasiləsiz marafonu martın 29-u saat 13:00-da dayandırıb.
Bundan öncəki Gürcüstan rekordu 21 saat 10 dəqiqə olub.
Qeyd edək ki, fortepianoda fasiləsiz ifa üzrə dünya rekordu 127 saat 8 dəqiqədir. T.Babilua deyir ki, həkimlər ona belə uzun müddət ifa etməyə icazə vermədilər, bu səbəbdən də milli rekordu yeniləməyə qərar verib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре