https://news.day.az/azerinews/1839075.html Əli Əsədovdan mühüm QƏRAR Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün ödənilməsi qaydasında dəyişiklik edilib. Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla qaydaya yeni bənd əlavə edilib.

Əli Əsədovdan mühüm QƏRAR

Azərbaycanca, 3 июня 2026 17:20 (UTC +04:00) 286
Əli Əsədovdan mühüm

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün ödənilməsi qaydasında dəyişiklik edilib.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qaydaya yeni bənd əlavə edilib. Bu Qaydada nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanının funksiyalarını himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcəklər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости