https://news.day.az/azerinews/1842303.html TƏBİB-də yeni TƏYİNAT Tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova TƏBİB-in İcraçı direktorunun müşaviri təyin edilib. Day.Az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Rəna Məmmədova hazırkı təyinatınadək "Paşa Sığorta" ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.

TƏBİB-də yeni TƏYİNAT

Azərbaycanca, 18 июня 2026 12:21 (UTC +04:00) 290
TƏBİB-də yeni

Tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova TƏBİB-in İcraçı direktorunun müşaviri təyin edilib.

Day.Az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Rəna Məmmədova hazırkı təyinatınadək "Paşa Sığorta" ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.

O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində həkim-onkoloq ixtisası üzrə təhsilini başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci təhsil alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-cərrah olaraq başlayan R.Məmmədova sonrakı illərdə həmin tibb müəssisəsində tibbi sığorta üzrə həkim-koordinator vəzifəsində çalışıb. Bu müddət ərzində tibbi xidmətlərin təşkili, səhiyyə idarəçiliyi və tibbi sığorta sahəsində peşəkar təcrübə qazanıb.

2010-cu ildən etibarən "Paşa Sığorta" ASC-də Tibbi və səfər sığortası departamentinin rəhbəri, daha sonra isə Tibbi sığorta blokunun rəhbəri vəzifələrində çalışıb. Rəhbərlik etdiyi dövrdə tibbi sığorta, xidmətlərin təşkili, səhiyyə müəssisələri ilə əməkdaşlıq mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və pasiyentyönümlü yanaşmaların tətbiqi istiqamətində fəaliyyət göstərib.

R.Məmmədova səhiyyə idarəçiliyi, tibbi sığorta və insan resurslarının idarə olunması sahələrində müxtəlif ixtisasartırma proqramlarında iştirak edib.

Yeni vəzifəsində Rəna Məmmədova tibbi sığorta fəaliyyətlərinin inkişafı və pasiyentyönümlü xidmətlərin təkmilləşdirilməsi istiqamətlərində TƏBİB-in fəaliyyətinə töhfə verəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости