Yapon ekspert çevriliş cəhdinin sirrini açdı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədəki hərbi çevriliş cəhdinin uğursuz olmasının ilk səbəbi silahlı qüvvələrdəki bütün ordu növlərinin bu qiyama qatılmaması oldu.

Day.Az axar.az-a istinadən bildirir ki, bunu Yaponiyanın Yaxın Şərq Ölkələri İnstitutunun Türkiyə üzrə eksperti Mau Kaneko deyib.
 
"Qiyamçıların uğursuzluğa düçar olmasının ilk səbəbi Türkiyə Silahlı Qüvvələrinin tam heyətlə çevriliş cəhdində iştirak etməməsi oldu. İkinci səbəb isə, türk xalqı zorakı yolla hakimiyyət dəyişikliyini qəbul etmədi. Meydana çıxanlar arasında Ərdoğanı sevməyənlər olsa da, onlar iqtidarın güc yolu ilə dəyişməsinin qəti əleyhinə çıxdılar. ", - Kaneko bildirib.
 
Ekspert onu da əlavə edib ki, 15 iyul olaylarından sonra Rusiya-Türkiyə əlaqələrinin güclənəcəyi labüddür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.