"Ərim anamla tez-tez görüşməyi mənə qadağan edə bilərmi?"

Day.Az представляет новость на азербайджанском языке

Əgər valideynlərinizlə görüşmək fitnəyə səbəb olmursa və onlar sizin ailə işlərinizə qarışmırlarsa, bu halda ərinizin onlarla tez-tez görüşməyi qadağan etməsi düzgün deyil. Məgər onun öz qızına bu cür qadağan etsəydilər onun xoşuna gələrdimi?

Day.Az zikr.az-a istinadən bildirir ki, valideyn haqqı çox böyükdür və onlara yaxşılıq etmək Cənnəti qazanmağın açarlarından biridir. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"- de.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.