Media "Paşinyan məzarlığı mundarladı" yazdı, əsgər anaları naziri qəbristanlıqdan qovdu

Ermənistanın müstəqillik günün ilə bağlı İrəvanda təşkil olunan tədbirlərdə ard-arda qalmaqal yaşanıb.

Day.Az Ermənistan mediasına istinadən xəbər verir ki, "Erablur" hərbi panteonunda təşkil olunan rəsmi tədbirdən əvvəl polis əraziyə toplaşan əsgər analarını sürüyərək məzarlıqdan çıxarıblar. Onlar gecə saatlarında məzarlığın ətrafına toplaşıblar ki, baş nazir Nikol Paşinyana övladlarının taleyi ilə bağlı suallar ünvanlasınlar. Amma polislər onları ərazidən uzaqlaşdırdıqları üçün ölən əsgərlərin valideynləri Paşinyana etirazlarını bildirə bilməyiblər. Məlumata görə, 37 əsgər anası polis tərəfindən saxlanılıb. 

Həmçinin həlak olan əsgərlərin anaları səhiyyə naziri Anahit Avanesyana ölənlərin məzarları üzərinə gül qoymağa icazə verməyiblər.

"Onun ora gəlməyə, çölə çıxmağa, gül qoymağa haqqın yoxdur. Gül qoyma, o uşaq sənin gülünə layiq deyil. Aşağı düş!" - əsgərlər ana nazirə etiraz edib. 

Anahit Avanesyan isə tələsik əsgərlərin məzarına gül qoyaraq, etiraz edən əsgər analarının yanından sakitcə uzaqlaşıb.  

Bundan başqa, Ermənistan mediası 44 günlük müharibədə itkin düşən Araik Bağdasaryanın anası Qoharın polislərin onu sürüdüyü an çəkilən şəkilini "günün fotosu" elan edib. Ermənistanın bir çox saytları Paşinyanın "Erablur" hərbi panteonu ziyarət etməsini "Paşinyan Erablur"lu mundarladı" başlığı ilə dərc ediblər. 

Elvin Səxavətoğlu