https://news.day.az/azerinews/1867066.html Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub - FOTO Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 14-də ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşüb.

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub - FOTO

Azərbaycanca, 14 октября 2026 18:11 (UTC +04:00) 203
Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 14-də ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, görüşdə H.Manetin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb, səfərin Azərbaycan-Kamboca dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar açacağı bildirilib.

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Görüşünün əhəmiyyəti qeyd olunub.

Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun və çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin uğurla inkişaf etdiyi, parlamentlərarası və partiyalararası əlaqələrin də genişləndiyi vurğulanıb.

Görüşdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, nəqliyyat-logistika, minatəmizləmə, dövlət xidmətləri, təhsil və turizm sahələrində qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri müzakirə olunub.

  • Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub
  • Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub
  • Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub
  • Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости