Bakıda zibillikdən 90 kq PUL TAPILDI

Day.Az представляет новость на азербайджанском языке.

2015-ci ildə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda aparılan çeşidləmə zamanı müxtəlif nominalda 90 kq-dan artıq xırda pul tapılıb.
Milli.Az fins.az-a istinadən bildirir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin ötənilki fəaliyyətinə dair yaydığı hesabatda məlumat verib.
Məlumata görə, həmin pullar Azərbaycan Mərkəzi Bankına təhvil verilib. Bundan başqa, çeşidləmə prosesində müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) də tapılıb. Onlar isə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna çatdırılıb.