“Mənə inandığı üçün şanslıyam”

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə millisinin üzvü Caner Erkin aktrisa Şükran Ovalı ilə sevgilidir.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, futbolçu "İnstagram" hesabında Ş. Ovalı ilə şəklini paylaşaraq çox xoşbəxt olduğunu bildirib.

"Son zamanlar haqqımda çıxan xəbərlərə səssiz qaldım. Əsas olan hisslərim idi. Siz də mənimlə razılaşarsınız ki, bu, həssas mövzudur. Bəli, uzun zamandır dilədiyim, gözlədiyim şeyi yaşayıram, ona görə də çox xoşbəxtəm. Sonunda sevdiyim, aşiq olduğum qadınlayam. Mənə inandığı üçün şanslıyam və həyəcanlıyam. Həyatımı onunla keçirmək istəyirəm. Ortada bir yalan yoxdur. Əlaqəmiz yox idi, amma indi var. Bu müddətdə bir-birimizi tanıyıb xoşbəxt olmaq istəyirik. Hər kəsin hörmət edib, həssas davranmağını gözləyirəm", -deyə C. Erkin söyləyib.

Qeyd edək ki, futbolçu həyat yoldaşı Asenadan cari ilin yanvarında boşanıb. Cütlüyün bir oğlu var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.