Bakıda yaşayış evində yanğın söndürülüb ƏLAVƏ OLUNUB-2

08:45
-------
Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 106 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 95 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
-------
22:43
Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.
Bildirilir ki, əlavə məlumat veriləcək.
-------
22:05
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Bildirilir ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.