Türkiyə Super Liqası belə keçiriləcək

Türkiyə Futbol Federasiyası iyunun 12-də bərpası gözlənilən Super Liqa ilə bağlı qaydaları açıqlayıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oyundan əvvəl futbolçuların görüşməsi və ümumi komanda şəkli çəkdirməsi qadağan edilib.

Qol zamanı texniki zonada qol sevinci də qeyd edilməməlidir. Matç zamanı oyunçu və texniki heyət hakimlərdən ən azı 2 mert uzaqda dayanmalıdır.

Ehtiyat oyunçular sırasında 2 metrlik məsafə qoyulmalıdır. Harda olursa-olsun, topa əlcəksiz toxunulsa, top dezinfeksiya edilməlidir.

Meydanda və ehtiyat zonada hər kəs üçün ayrıca su butulkası qoyulmalıdır. Meydandakı futbolçulardan başqa hər kəs öz butulkasını özü daşımalıdır. Meydandan kənarda hamı maska taxmalıdır. Matçdan bir gün əvvəl və sonra bütün stadion dezinfeksiya edilməlidir.