https://news.day.az/az/politics/1234083.html Xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlayır

Xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlayır

Siyasət, 12 May 2020 10:16 (UTC +04:00) 129 454
Xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlayır

Mayın 12-dən Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlayır.

Müdafiə Nazirliyindən Day.Az-a verilən məlumata görə, qəbulun ilk mərhələsində abituriyentlər mayın 12-dən iyunun 5-dək Dövlət İmtahan Mərkəzinin saytında (dim.gov.az) qeydiyyatdan keçərək elektron ərizələrini təsdiq etdirməlidirlər.

Elektron ərizəni təsdiq etdirmiş vətəndaşlardan ad, soyad və ata adını, ərizənin tarixi və nömrəsini, faktiki yaşadıqları ünvanı və daimi əlaqə saxlanılması mümkün olan 2 telefon nömrəsini müvafiq olaraq [email protected][email protected] elektron ünvanlarına göndərmələri xahiş olunur.

Qəbulla bağlı əlavə məlumat Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər