https://news.day.az/az/society/1233871.html Sabahdan ali təhsil müəssisələrinə sənəd qəbulu başlanır

Sabahdan ali təhsil müəssisələrinə sənəd qəbulu başlanır

Cəmiyyət, 11 May 2020 12:21 (UTC +04:00) 252 133
Sabahdan ali təhsil müəssisələrinə sənəd qəbulu başlanır

Sabahdan ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlanır.

Dövlət İmtahan Mərkəzindən Day.Az-a bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər