Koronavirusa görə Kann Film Festivalı ləğv edildi

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə Kann Film Festivalı ənənəvi qaydada keçirilməyəcək.

Day.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kann Film Festivalının təşkilatçıları məlumat verib.

Təşkilatçılar tədbirin alternativ qaydada keçirilməsi haqqında məsləhətləşmələr aparır. Həmçinin bildirilir ki,  2020-ci ilin sentyabr ayında keçirilməsi gözlənilən Venesiya Film Festivalı ilə 73-cü Kann Film Festivalının birgə baş tutması barədə danışıqlar aparılır.

II Dünya müharibəsindən sonra Kann Film Festivalı üç dəfə - 1948 və 1950-ci illərdə iqtisadi səbəblərə, 1968-ci ildə isə siyasi etirazlara görə ləğv edilib.