Gül qoxusunun İNANILMAZ EFFEKTİ ortaya çıxdı
Almaniyanın "Frayburq" Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada gül qoxusunun öyrənmə və bilik əldə etmə qabiliyyətini artırdığı məlum olub.
Day.Az xəbər verir ki, tədqiqatda 6-cı sinifdə oxuyan 50 şagird iştirak edib.
İki qrupa ayrılan şagirdlərə eyni dil tədris edilib. Lakin qruplardan birinin masasına axşam dərslərinə çalışarkən gül ətirli təravətləndirici qoyulub.
Daha sonra şagirdlərə öyrəndikləri məlumatlar əsasında söz testi təqdim edilib. Nəticələri yoxlayan tədqiqatçılar maraqlı situasiya ilə qarşılaşıb. Belə ki, təravətləndiricinin təsiri altında hazırlaşan şagirdlərin məlumat qəbulunda 30%-lik artım müşahidə olunub. (publika.az)
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.