Azər Badamov: Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa əsaslanır. Ölkələrimiz arasında imzalanaraq həyata keçirilməkdə olan yol xəritələri, ticarət, nəqliyyat, energetika, humanitar sahə, turizm, innovasiyalar və gənclər siyasətini əhatə edir.
Day.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, iki ölkə arasındakı əlaqələr prezidentlərimizin dostluq münasibətləri üzərində daha da möhkəmlənir:
"Mütəmadi olaraq regionlararası iqtisadi forumlar keçirməklə yol xəritələrinin icrası vəziyyəti, yeni potensiallarının öyrənilməsi və reallaşdırılması istiqamətində sazişlər imzalanır. Rusiyanın ölkəmizdə 700 şirkəti fəlaiyyət göstərir və qarşılıqlı investisyaların həcmi milyard dolları keçib. Azərbaycanın reallaşdırdığı Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri ölkəmizdən Rusiyaya keçən tranzit yüklərinin həcmini kifayət qədər artırıb.
2019-cu ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20% artması, hərbi əməkdaşlığın genişlənməsi və bir milyona yaxın Rusiyalı turistin ölkəmizə səfəri Azərbaycan-Rusiya münasibətlərinin dinamikasının yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir".
Deputat vurğulayıb ki, Rusiyanın "Nasionalnaya oborona" jurnalına müsahibəsində Prezident İlham Əliyev enerjinin inkişafına böyük diqqət yetirdiyini, ölkəmizin enerji sektorunun yüksək inkişaf dövrünü yaşadığını oxucuların diqqətinə çatdırıb:
"2003-cü ildən bəri 30-dan çox elektrik stansiyasının istifadəyə verilməsi, bərpaolunan enerjinin inkişafına böyük diqqət yetirildiyini, yeni neft-qaz yataqlarını tədqiq edilərək istifadəyə verildiyini və 7 neft və qaz ixrac kəməri inşa olunduğunu qeyd edən cənab Prezident ölkəmizin bu məhsullar üzrə idxalçıdan ixracatçıya çevrildiyini bildirib".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.