https://news.day.az/az/society/1234117.html Babadağ zirvəsi Bakıdan göründü - FOTO

Babadağ zirvəsi Bakıdan göründü - FOTO

Cəmiyyət, 12 May 2020 11:24 (UTC +04:00) 127 457
Babadağ zirvəsi Bakıdan göründü

Dünən sosial şəbəkələrdə Babadağ zirvəsinin Bakıdan çəkilən görüntüsü yayılıb.

Day.Az  xəbər verir ki, şəbəkə istifadəçilərinin yarısı buna inansa da, yarısı Fotoşop olduğunu söyləyirdi. İnanmayanlar arqumenti budur ki, Bakıdan Babadağa məsafə uzaq olduğundan zirvənin görünməsi mümkünsüzdür.

Xatırladaq ki, Babadağ zirvəsi Bakı şəhərindən təxminən 160 km aralı yerləşir və dəniz səviyyəsindən 3629 metr hündürlükdədir.

Bu günü başqa bir rakursdan çəkilmiş şəkildə Babadağ zirvəsi aydın görsənir. Zirvənin görünməsinin əsas səbəblərindən biri karantin rejimində havanını təmizlənməsi ola bilər.

 

Şəkil Böyükşor gölünün yanından çəkilib, müəllifi Lyokin Photography-dir.

  • Babadağ zirvəsi Bakıdan göründü
  • Babadağ zirvəsi Bakıdan göründü
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər