https://news.day.az/az/world/1233764.html Suriyada partlayış olub: ölən və yaralananlar var

Suriyada partlayış olub: ölən və yaralananlar var

Dünya xəbərləri, 11 May 2020 08:01 (UTC +04:00) 123 763
Suriyada partlayış olub: ölən və yaralananlar var

Suriyanın El Bab şəhərindəki xalq bazarında terrorçular tərəfindən quraşdırılan bombanın partlaması nəticəsində ən azı bir nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyi bildirib.

Məlumata əsasən, xəsarət alanlar arasında bir qadın və bir neçə uşaq var.

Şəhərin mərkəzində partlayış günorta vaxtı, sakinlər iftardan qabaq bazarda yemək alarkən baş verib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər