Buraxılış imtahanları ilk olaraq bu bölgələrdə keçiriləcək
Buraxılış imtahanlarının keçirilməsinə pandemiya ilə bağlı vəziyyətin daha yaxşı olduğu bölgələrdən başlanacaq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.
Onun sözlərinə görə, buraxılış imtahanları keçirilən zaman bölgələrdəki epidemioloji vəziyyət nəzərə alınacaq və onun əsasında imtahanların keçirilmə ardıcıllığı müəyyən ediləcək.
"İmtahanların dəqiq tarixlərini indidən söyləmək mümkün olmayacaq. Çünki bu tarixlərin müəyyən edilməsi sırf Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarından asılıdır. Pandemiya ilə bağlı vəziyyət hansı bölgədə daha stabil, yaxşı olsa, imtahanların həmin bölgələrdən keçirilməsinə başlanılacaq. Məsələn, hazırda Gəncə və Lənkəranda koronavirusa yoluxma ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Ona görə də həmin bölgələrdə imtahanlar yəqin ki, ən axırıncı mərhələdə keçiriləcək. Bakı şəhəri də 11-ci sinif buraxılış imtahanının keçirilməsinə görə ərazilər üzrə bölünəcək. Yasamal rayonunda koronavirusla bağlı vəziyyət bir o qədər ürəkaçan deyil. Ona görə də Yasamal rayonunda buraxılış imtahanlarının iyunun sonunda keçirilməsi planlaşdırlılır".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.