Malayziya karantin müddətini daha bir ay uzadıb
Malayziya hökuməti koronovirus pandemiyası ilə əlaqədar hərəkət məhdudiyyətinə nəzarət müddətinin daha bir ay uzadılması barədə qərar qəbul edib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Muhiddin Yassinin bəyanatına əsasən hərəkət məhdudiyyətinə nəzarət iyunun 9-dək uzadılıb.
Baş nazirin bəyanatından sitat gətirən nəşr yazır: "COVID-19 pandemiyası ilə mübarizədə ümidverici irəliləyişə nail olmağımıza baxmayaraq, onun yayılmasının qarşısını almaq üçün bəzi tədbirlərin hələ qüvvədə saxlanılması zəruridir".
Xatırladaq ki, Malayziyada vətəndaşların ölkə daxilində hərəkətini qadağan edən məhdudiyyətlər əvvəlcə martın 18-dən 31-dək qəbul edilib. Bundan sonra hökumət üç dəfə onun müddətini artırıb - əvvəlcə aprelin 14-dək, sonra aprelin 28-dək və nəhayət mayın 12-dək. Aprelin sonlarında hökumət bəzi məhdudiyyət tədbirlərini qismən yumşaldıb.
Bundan əlavə, mayın 4-dən Malayziya iqtisadiyyatının, demək olar ki, bütün sahələri fəaliyyətini bərpa edib.
Bununla yanaşı, kütləvi tədbirlərin təşkilinə qadağa aradan qaldırılmayıb, bütün ölkə ərazisində məktəblər bağlıdır.
Son məlumatlara əsasən, Malayziyada 6589 koronavirusa yoluxma halı qeydə alınıb. Ümumilikdə 492 nəfərin sağaldığı, 108 nəfərin isə öldüyü bildirilir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.