190 manatlıq yardımın ikinci ay üçün ödənməsinə başlanılır

Sabahdan 190 manatlıq birdəfəlik ödəmənin ikinci ay üçün ödənişlərinin verilməsinə başlanılacaq.

Day.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, artıq birdəfəlik ödəmə alan şəxslərə bank kartlarının verilməsinə başlanılıb: "Bu prosesə bütün banklar səfərbər olunub. Kartların təqdim edilməsi prosesi davam edir. Mayın 12-dən başlayaraq, aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birədəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara ödəniləcək. İstirahət günlərinə düşdüyü üçün sabah həm 9, həm 10, həm 11, həm də ayın 12-si üçün birdəfəlik ödəmə veriləcək. May ayının sonuna qədər ödənişlər bütün kartlara ödənəcək". 

Karantin müddətinin uzadılacağı təqdirdə birdəfəlik ödəmənin yenidən verilib-verilməyəcəyinə məsələsinə gəldikdə isə F.Talıbov qeyd edib ki, Tədbirlər Planında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 ay ərzində 190 manatlıq birədəfəlik ödəmə tapşırığı verilib. Ona görə də ödəmə 2 ay üçün nəzərdə tutulub.