Günün qoroskopu: xoş xəbərlər ala bilərsiniz

Day.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - viqqətli və ehtiyalı olun ki, gününüz uğurlu keçsin. Əlbəttə, hər şeydən qorxub çəkinməyə dəyməz, amma öz hərəkətlərinizin nəticəsi barədə fikirləşmək və geriyə addım atmaq üçün yer saxlamaq vacibdir. İctimai və siyasi fəaliyyətdə uğurlarınız mümkündür. Enerjiniz çoxdur, işgüzarsınız  və çoxlarına kömək edə bilərsiniz.

Buğa - çalışın günün birinci yarısından maksimum istifadə edib, işlərinizin əksəriyyətini bu vaxta salasınız. Çoxdankı rəqibinizə güc gələ, yığılıb qalmış problemlərin asan həllini tapa biləcəksiniz. Peşəkar nüfuzunuz artır, çox az adam sizinlə mübahisəyə ürək edir, bu isə çox gözəldir: onsuz da açıq-aydın olanları kiməsə sübut etməyə gərək qalmır. 

Əkizlər - ətrafınızda qadlınlar üstünlük təşkil edirsə, gününüz xüsusilə xoş keçəcək. Onlarla siz əla yola gedirsiniz. Yeni layihələr ortaya çıxır, öz işinizə marağınız artır və onu daha da yaxşılaşdırırsınız.   

Xərçəng - qonaq qəbulu, ailə şənliklərinin təşkili üçün gün münasibdir. Sizə dəyərli olan birinin rəğbətini qazanmaq asandır, çünki mehriban və səmimisiniz.

Şir - uğur əldə etmək istəyirsinizsə, intizamlı olun. Əgər tənbəllik edib, faydalı işləri həvəslərə qurban versəniz, çətin ki, dəyərli bir nəticə əldə edəsiniz . Daha yüksək nəticə qazanmaq şansınız isə bu gün yüksəkdir. Həm işgüzar, həm şəxsi həyatda yeni münasibətlərə başlamaq olar

Qız - xoşbəxtlikdən, yaxınlarınız sizə dəstək olur, problemlərinizin həlli üçün öz vaxtlarından keçir, xoş sözlər söyləyirlər. Axşam ehtiyacı olanlara  qayğı göstərin: bu cür davranış sizə mənəvi rahatlıq gətirəcək. 

Tərəzi - problemlərdən qaçmağa çox çalışırsınız, amma həmişə alınmır. Nə qədər dostluq, mehribanlıq göstərsəniz, adamları dilə tutmağa cəhd etsəniz də mütləq sizdən narazı birisi  peyda olacaq. Maliyyə çətinlikləri mümkündür. Boşuna pul xərcləmək riski böyükdür.

Əqrəb - sizi əhatə edən insanlara qarşı diqqətli olun: onların arasında həm dost, həm tərəfdaş, həm də köməkçi tapa bilərsiniz. Romantik münasibətlərin başlanması üçün gün heç də münasib deyil, burada bəxtiniz gətirmir.  

Oxatan - xz gününüzü özünüz planlaşdırsanız, xeyli uğur əldə edə bilərsiniz. Ətrafınızdakılar ya sizi işinizdən ayırır, ya tələsdirir, ya da gecikdirirlər, bu isə sizi xeyli qıcıqlandırır. Sizi yaxşı tanıyan, təcrübə və biliklərinizə güvənən insanlarla işləmək isə rahatdır.

Oğlaq - Bu gün işləriniz ona görə alınır ki, ətrafdakıların gözlədikləri kimi hərəkət etmirsiniz. Özlərini itirmiş bədxahlarınız, paxıllarınız şokdadırlar və sizə mane olmağa gücləri yoxdur. Günün ilk yarısı xeyli məzəli hadisə olacaq. Bunlar çətinliklər yaratsa da, əhvalınızı qaldıracaq.

Dolça - əgər qarşınızda böyük məqsədlər qoyub onların həyata keçirilməsi üçün şübhəli üsüllar seçsəniz, gününüzü tamamilə itirə bilərsiniz. Prinsip sadədir: əgər istədiyinizi almaq üçün hiyləgərlik və intriqalardan istifadə edirsinizsə, nəticədə yalnız problem və çətinliklər qazanacaqsınız. Ancaq doğru yollar sizi məhz lazım olan yerə aparacaq.

Balıqlar - xoş xəbərlər ala bilərsiniz. Ev işlərini görmək, yaşadığınız yeri abadlaşdırmaq üçün münasib vaxtdır. Bir çox Balıqlar bu gün ən adi yeməkləri çox ləziz hazırlayacaqlar, odur ki, önlüyünüzü taxıb keçin mətbəxə!