ABŞ-da məhbuslar özlərini bilərəkdən koronavirusa yoluxdurdular
Los-Ancelesdə həbsxanalardan birində məhbuslar vaxtından əvvəl azadlığa çıxmaq üçün bilərəkdən özlərini koronavirusa yoluxdurublar. Day.Az xəbər verir ki, bu barədə şerif Aleks Viellanuevu xəbər verib.
Onun sözlərinə görə, video kameralar vasitəsilə əldə edilən görüntülərə baxarkən, görüblər ki, bir qrup məhbus hərarətlərini yüksəltmək üçün eyni qabdan növbə ilə qaynar su içiblər. Daha sonra isə onlar eyni maskanı bir-birlərinə ötürərək taxıblar.
Həmin hadisədən 1 həftə sonra 21 məhbusda koronavirus aşkar edilib. Şerifin sözlərinə görə, həbsxana əməkdaşları arasında da yoluxma faktı artıq müəyyən edilib.
Son məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1,34 milyon nəfərdir, ölənlərin sayı isə 80 mini keçib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.