Bakıda məşhur ticarət mərkəzi yanıb

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarı ərazisində baş vermiş yanğın saat 01:30-da tam söndürülüb.

Day.Az-ın Fövqəladə Halla Nazirliyinə istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi işləri ilə yanaşı, Nazirliyin qüvvələri həm də bazarda olan tikinti materiallarının yanğından mühafizə məqsədilə yanğın ərazisindən kənarlaşdırılmasını həyata keçirib.

XXX

01:15

Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində baş verən yanğın söndürülüb.

Trend-in məlumatına görə, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin aidiyyəti vəzifəli şəxsləri hadisə yerindədir.

XXX

00:50

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarı ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb, açıq alov mənbələri yoxdur.

Fövqəladə Halalr Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda yanğın yerində soyutma və tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

XXX

00:49

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fovqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin aidiyyəti vəzifəli şəxsləri hadisə yerindədir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

XXX

23:29

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri (20-dən artıq yanğınsöndürən maşın) və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Nazir müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.