https://news.day.az/az/world/1233990.html Rusiyada qeyri-iş günləri bitir - Putin xalqa müraciət etdi

Rusiyada qeyri-iş günləri bitir - Putin xalqa müraciət etdi

Dünya xəbərləri, 11 May 2020 18:23 (UTC +04:00) 124 064
Rusiyada qeyri-iş günləri bitir - Putin xalqa müraciət etdi

Rusiyada mayın 12-dən etibarən qeyri-iş günləri başa çatır. 

Day.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, bütün ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan qeyri-iş günlərinin müddəti sabahdan, yəni, mayın 12-dən etibarən bitir: "Lakin epidemiya ilə mübarizə bitmir. Vəziyyətin nisbətən əlverişli olduğu ərazilərdə belə epidemiya təhlükəsi qalır".

Qeyd edək ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar Rusiyada mart ayının 28-dən aprelin 2-dək elan olunmuş qeyri-iş günlərinin sayı mərhələli şəkildə mayın 12-dək uzadılıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər