Naqif Həmzəyev: Ölkəmizdə rüşvətxorluğa qarşı mübarizə qanunun aliliyinin sübutudur
Bu gün müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi tərəqqinin inkişafın milli modelini formalaşdırıb. Bütün sahələrin hərtərəfli inkişafı, ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin bütün dünyada sabitlik adası kimi tanınması,mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların öz Prezidentinin ətrafında sıx birləşməsinə zəmin yaradıb.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili qeyd edib ki, əldə edilən nailiyyətlərin, qazanılan uğurların, tərəqqinin geniş vüsət almasında kadr islahatlarının da rolu böyükdür. Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır.
Mütəmadi olaraq yeniliklərə can atan, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərən gənclərin rəhbər işlərdə irəli çəkilməsi ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Bununla bağlı Prezident İlham Əliyev deyib:
"Təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər". Dövlət başçısı vəzifəyə yeni təyin etdiyi icra hakimiyyəti başçıları ilə görüşdə ilk növbədə onlara öz gündəlik fəaliyyətini nümunə göstərir. Dövlət Başçısının hər zaman vədəndaşının yanında olması sevincinə,dərdinə şərik çıxması xalqa xidmət missiyasının ən yaxşı nümunəsi kimi göz önündədir: "Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm - xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir"
Dövlət başçısı eyni zamanda dəfələrlə məmurların diqqətinə çatdırıb ki, qarşılarında duran əsas vəzifə rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafına nail olmaqdır. Eyni zamanda, yeni kadrlar daim vətəndaşlarla ünsiyyət əsnasında rayonun problemlərini və insanları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlidirlər. Əks təqdirdə ciddi şəkildə cəzalandırılacaqlar:
"Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır".
Millət vəkili qeyd edib ki, ölkədə siyasi və iqtisadi islahatlar vəhdət təşkil etməlidir. Təəssüflər olsun ki, ölkənin inkişafına çox böyük zərbələr vuran korrupsiya və rüşvətxorluq hallarına da rast gəlirik. Mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edən, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan məmurlar da tapılır. Diqqətəlayiq haldır ki, göstərilən etimaddan sui-istifadə edən, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı ailələrin payına göz dikmək kimi mənfi əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir, layiqli cəzalarını alırlar.
Ölkə Prezidenti Azərbaycan Respubliksının yeni Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən də bu məsələyə toxundu. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında priotet sahə kimi dayanmalı olduğunu diqqətə çatdırdı: "Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin".
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən rayonlarının icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin, daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyin yüksək vəzifəli şəxslərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan qanunazidd əməllərinin qarşı qətiyyətlə alınır. Bu da ölkəmizdə kimliyindən, statusundan, tutduğu vəzifəsindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunun əyani sübutu oldu.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.