Ürək yoxsa sinirlər? - Sinədə ağrının səbəbini təyin etmək üçün 3 İPUCU
Sinədə ağrı hiss edən insanın ilk fikri: "bu ürək tutmasıdır". Lakin hər belə ağrı ürəklə bağlı olmaya da bilər. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunun səbəbi panik atak, sinir gərginliyi, həyacan ola bilər.
Bəs bunu necə ayırd edək? Bunun üçün biz sizə 3 ipucu təqdim edirik.
"Медицинская информационная сеть" xəbər verir ki, sinədə ağrının səbəbini təyin etmək üçün aşağıdakı simptomlara fikir vermək lazımdır:
- Ağrı 10 dəqiqədən çox davam etmir və onun intensizvliyi artmır. Ürək tutması 10 dəqiqədən çox çəkir, ağrı tədricən artır. Həyacan, panik atak zamanı ağrı adətən bir neçə dəqiqə davam edir və artmır.
- Ağrı yalnız ürək nahiyəsində hiss olunur. Ürək ağrısı çənə, qol, çiyinə "vurur". Sinirlərlə bağlı olan ağrı isə yalnız sinədə hiss olunur.
- Ağrı döş qəfəsinin sağ tərəfində, yuxarısında və ya digər yerlərdə hiss olunur. Ürək ağrısı döş qəfəsinin sol tərəfində və ya ortasında hiss olunur. Nevroloji pozulmalar zamanı isə ağrı döş qəfəsinin istənilən yerində hiss oluna bilər.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.