https://news.day.az/az/society/1233957.html Bu ildən etibarən liseylərə qəbul imtahanları 6 şəhər və rayonda keçiriləcək

Bu ildən etibarən liseylərə qəbul imtahanları 6 şəhər və rayonda keçiriləcək

Cəmiyyət, 11 May 2020 16:08 (UTC +04:00) 124 982
Bu ildən etibarən liseylərə qəbul imtahanları 6 şəhər və rayonda keçiriləcək

Bu ildən başlayaraq lisey şəbəkəsinin bölgələrdə genişlənməsini nəzərə alaraq qəbul imtahanlarının Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Şirvan, Şəki və Quba şəhərlərində də təşkili nəzərdə tutulur.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil edilməsi planlaşdırılır.

Nazirlikdən bildirilib ki, lisey və gimnaziyaların yuxarı siniflərinə (V-IX) qəbul hər il may ayında keçirilirdi. Bu il yaranmış epidemioloji vəziyətə görə bu imtahanlar təxirə salınıb. Növbəti tədris ili üçün qəbul imtahanlarının avqust ayının sonlarında keçirilməsi nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər