https://news.day.az/az/health/1233895.html Möhtəşəm PƏHRİZ QİDASI: arıqladır, cavanlaşdırır...

Möhtəşəm PƏHRİZ QİDASI: arıqladır, cavanlaşdırır...

Sağlamlıq, 12 May 2020 08:00 (UTC +04:00) 2 290
Möhtəşəm PƏHRİZ QİDASI: arıqladır, cavanlaşdırır...

Pəhriz saxlayarkən həm də orqanizmin gücünü itirməməsinə diqqət etmək lazımdır. İmmunitet düşməsi bir çox infeksiyaların yaranmasına səbəb ola bilər.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, pərhiz zamanı ən çox məsləhət görülən qidalardan biri də badamdır.

1. Ürəyin dostudur - aparılan araşdırmalar sübut edib ki, ara yeməklərdə badamla birlikdə digər çərəzləri yemək ürək xəstəliyindən ölmə riskini azaldır.

2. Arıqlamağı asanlaşdırır - badam zəngin və aşağı kalorili pəhriz elementidir. Aşağı kalorili yüksək karbohidratlı pəhriz tətbiq edənlərin 62 faizi çəki itkisinə nail olub.

3. Enerji verir - badam riboflavin (B2 vitamini) ehtiva edir və B2 vitamini enerji istehsalını dəstəkləyir. Ehtiyacınız olan enerjini almaq üçün badam ehtiva edən sağlam yeməklər yeyin.

4. Kaliumla zəngindir - bu mineral ürək əzələlərinin sıxılmasını təmin etdiyi üçün ürək döyüntüsü baxımından həyati əhəmiyyət daşıyar. Kalium qəbul edən insanların sistolik (ən əhəmiyyətli) qan təzyiqi təxminən səkkiz dərəcə azalıb.

5. E vitamini ehtiva edir - E vitamini bədəni sağlam hüceyrələrə zərər verən sərbəst radikalların yaratdığı ziyanlardan qoruyar.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər