https://news.day.az/az/politics/1233754.html Azərbaycan XİN ölkəmizin Polşadakı səfiri Həsən Həsənovla görüş keçirib - FOTO

Azərbaycan XİN ölkəmizin Polşadakı səfiri Həsən Həsənovla görüş keçirib - FOTO

Siyasət, 10 May 2020 22:51 (UTC +04:00) 129 226
Azərbaycan XİN ölkəmizin Polşadakı səfiri Həsən Həsənovla görüş keçirib

Azərbaycanda elan olunmuş "Könüllülər ili" çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən bu qurumun nəzdində fəaliyyət göstərən "Diplomatiya Könüllüləri" üçün Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov ilə görüş təşkil olunub.

Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, görüş zamanı səfir Həsən Həsənov Ulu Öndərin müdrik daxili və xarici siyasəti haqqında geniş bəhs etdi, Ulu Öndər haqqında xatirələrini bölüşdü.

Səfir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün fenomenal bir şəxsiyyət olduğunu xüsusi olaraq vurğuladı.

Görüşdə, əsası Ulu Öndər tərəfindən qoyulmuş və hazırda ölkə rəhbərliyi tərəfindən davam etdirilən gənclər siyasətinin əhəmiyyəti və bu xüsusda, könüllülük hərəkatının önəmi vurğulanıb və 2020-ci ilin məhz "Könüllülər ili" elan olunmasının Azərbaycan Respublikasının Prezidentinin könüllülərə verdiyi dəyərin növbəti nümunəsi olduğu qeyd edilib.

Sonda Azərbaycan dövləti tərəfindən Azərbaycan gəncləri üçün yaradılan bütün imkanlara görə ölkə rəhbərliyinə Diplomatiya Könüllüləri adından xüsusi təşəkkür ifadə olundu.

  • Azərbaycan XİN ölkəmizin Polşadakı səfiri Həsən Həsənovla görüş keçirib
  • Azərbaycan XİN ölkəmizin Polşadakı səfiri Həsən Həsənovla görüş keçirib
  • Azərbaycan XİN ölkəmizin Polşadakı səfiri Həsən Həsənovla görüş keçirib
  • Azərbaycan XİN ölkəmizin Polşadakı səfiri Həsən Həsənovla görüş keçirib
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər