https://news.day.az/az/health/1233854.html Dünyada artıq üç növ COVID-19 var - TƏHLÜKƏ

Dünyada artıq üç növ COVID-19 var - TƏHLÜKƏ

Sağlamlıq, 11 May 2020 11:42 (UTC +04:00) 2 082
Dünyada artıq üç növ COVID-19 var

Day.Az Sfera.az saytına sitinadən bildirir ki, Kembric Universitetinin tədqiqatçıları koronavirusun üç - A, B və C genetik variantına sahib olduğunu aydınlaşdırıblar. Müxtəlif ölkələrdə bu variantların yayılması, virusun dünyada necə hərəkət etdiyini izah edə bilər.

Onlar şərti olaraq üç növ müəyyən ediblər - A, B və C. A növü, yarasalardan insanlara ötürülən orijinal virusdur. Digər iki növ isə onun mutasiyalarıdır.

A tipi daha çox Avstraliya və ABŞ-da yayılıb. Amerikada yayılan tipin üçdə ikisi bu növə aid edilib. ABŞ-da B tipinin aşkar edildiyi halların əksəriyyəti səyahət gəmiləri ilə əlaqəli olub.

Çində isə daha çox, Milad bayramından əvvəl yayılan B tipi olub. Bu, İngiltərə, İsveçrə, Almaniya, Fransa, Belçika və Hollandiyada üstünlük təşkil edir.

B tipindən mutasiya edən C tipi isə Sinqapur vasitəsilə Avropaya gəlib. Asiyanın bu hissəsində daha çox yayılmışdır. Xüsusilə Cənubi Koreyada.

Alimlər hesab edirlər ki, rəsmi olaraq SARS-CoV-2 adlanan virus müxtəlif populyasiyalardakı immun sisteminin müqavimətini yarmaq üçün daim mutasiya edir. Alimlər yaxın gələcəkdə yeni başqa koronavirus növlərinin də meydana gələcəyini qeyd ediblər.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər