https://news.day.az/az/health/1233818.html Bütün növləri xeyirli olan TƏRƏVƏZ

Bütün növləri xeyirli olan TƏRƏVƏZ

Sağlamlıq, 12 May 2020 03:22 (UTC +04:00) 2 317
Bütün növləri xeyirli olan TƏRƏVƏZ

Noxud zülallarla zəngin tərəvəzdir.

Da.Az xəbər verir ki, bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur. Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium, maqnezium, fosfor, yod, sink, dəmir və s. kimi mikroelementlər var.

Noxud əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu zəngin tərkib noxudu insanın sağlamlığı üçün çox faydalı edir. Bu tərəvəzin bütün növləri xeyirlidir. Güclü fiziki gərginliklərə məruz qalan insanlar üçün (idmançılar, ağır fizki işlə məşğul olanlar) çox faydalıdır - yorğunluğu azaldır, enerji verir.

Eyni zamanda, bu tərəvəz insanın ürək-damar sistemi üçün çox faydalıdır, qanın tərkibinə müsbət təsir edir, ödemləri (şişkinlik) azaldır, qanda xolesterinin səviyyəsini azaldır, qurdqovucu təsirə malikdir, sümüklər və dişlər üçün də çox xeyirlidir. (publika.az)

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər