https://news.day.az/az/world/1233848.html Türkiyədə maska fabrikinin işçisində koronavirus tapıldı - Kimlərə satılması araşdırılır

Türkiyədə maska fabrikinin işçisində koronavirus tapıldı - Kimlərə satılması araşdırılır

Dünya xəbərləri, 11 May 2020 11:37 (UTC +04:00) 123 753
Türkiyədə maska fabrikinin işçisində koronavirus tapıldı

Tibbi maska istehsal edən fabrikin işçisində yeni növ koronavirus aşkarlanıb.

Day.Az  Milli.Az-a istinadən xəbər verir ki, olay Türkiyənin Şanlıurfa vilayətində yaşanıb.

Şanlıurfadakı tibbi maska zavodunun işçilərindən birinin koronavirus testinin müsbət çıxması nəticəsində zavodun bütün işçi heyəti karantinə alınıb. 70 nəfər yaxınlıqdakı tələbə yataqxanalarına aparılıb.

Bundan əlavə, maskaların hansı apteklərə paylanması və kimlərə satıldığı araşdırılır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, Türkiyədə 3786 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər