Havanın temperaturu normadan aşağı olub - FAKTİKİ HAVA
Azərbaycan Respublikasında olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata əsasən, mayın 11-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Balakəndə 42 mm (aylıq normanın 33 faizi), Zaqatalada 34 mm (aylıq normanın 27 faizi), Qəbələdə 26 mm (aylıq normanın 22 faizi), Oğuzda 22 mm (aylıq normanın 21 faizi), Kişçayda (Şəki) 20 mm, Altıağac (aylıq normanın 22 faizi), Şamaxıda 16 mm (aylıq normanın 23 faizi), Tərtərdə 15 mm, Tovuz, Xaltanda 13 mm, Gədəbəy, Şəki, Qusarda 12 mm, Daşkəsəndə 11 mm, Quba, Lerik, Ağstafada 10 mm, Göyçayda 9 mm, İsmayıllı, Göygöldə 8 mm, Bərdə, Ağdərədə (Ordubad) 7 mm, Şabran, Mingəçevir, Kürdəmir, Ağdamda 6 mm, Zərdab, Yevlaxda 5 mm, Beyləqan, İmişli, Lənkəran, Şəmkir, Gəncə, Naftalan, Şərurda 4 mm, Yardımlı, Şahbuzda 3 mm, Astara, Neftçala, Mərəzə, Ceyrançöl, Ordubadda 2 mm, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Xaçmaz, Naxçıvanda 1 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 3 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm, Zabratda 0,8 mm olub. Qrız, Şahdağ və Xınalıqda qar yağıb.
Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14-16, Aran rayonlarında 15-20 dərəcə isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, Naxçıvan MR-da 17-22 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 2-4 dərəcə şaxta olub.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.