https://news.day.az/az/society/1233940.html 3 saylı şəhər klinik xəstəxanası müvəqqəti bağlandı - RƏSMİ AÇIQLAMA

3 saylı şəhər klinik xəstəxanası müvəqqəti bağlandı - RƏSMİ AÇIQLAMA

Cəmiyyət, 11 May 2020 14:59 (UTC +04:00) 126 412
3 saylı şəhər klinik xəstəxanası müvəqqəti bağlandı

Bu gün səhər saatlarında Bakıda 3 saylı şəhər klinik xəstəxanası bağlanıb.

Day.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb. Bildirilir ki, 3 saylı Şəhər Xəstəxanasına qəbul bir neçə saatdır dayandırılıb.

"Həkimləri və personalı binadan buraxmırlar. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb. Səbəblər haqqında onlara bilgi verilmir. Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Rəvanə Əliyeva baku.ws-ə bildirib ki, xəstəxanada pofilaktik dezinfeksiya işləri aparılıb.

"Bu səbəbdən də xəstəxana boşaldılıb. İşlər bitdikdən sonra xəstəxana adi qaydada fəaliyyət göstərəcək. Bütün qaydalara əməl edilmək şərtilə xəstələr xəstəxanaya daxil ola biləcəklər", - Rəvanə Əliyeva bildirib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər