"Oğlanı mənə görə məktəbdən çıxardılar" - Məktəb illəri
Day.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Məktəb illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə, o illər yada düşəndə hər kəsin danışmağa sözü, xatirəsi çox olur. Rejissor, aktrisa İlhamə Əhmədovanın da o illərdən xatirəsi çoxdur və onlardan birini bizimlə bölüşdü:
"Çox nadinc şagird olmuşam. Nadincliyimlə bağlı bir xatirəni danışmaq istəyirəm. Qar yağmışdı, biz də sinif yoldaşlarımızla məktəbin həyətində qartopu oynayırdıq. Bir oğlan var idi, ondan heç xoşum gəlmirdi. Deməli, daş götürdüm, üstünə qar yapışdırdım. Qartopu oynayanda ona həmin daşlı qarı atdım. O da başından dəydi. Daş başını pis günə qoymuşdu. O oğlan xəstəxanada xeyli yatdı. Xalam iki ay məni ona görə döydü. Şikayət etdilər, valideynləri məni hədələyirdi. Birtəhər vəziyyətdən çıxdıq. Sonra oğlanı mənə görə məktəbdən çıxardılar. Məktəbi qurtarandan bir neçə il sonra təsadüfən qarşılaşdıq, yanından düz keçdim. Tanışlıq vermədim ki, birdən tanısa, məni vurar. Təbii ki vurmazdı, amma yenə də uzaq getdim (gülür)".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.