Mədəniyyət Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməyə qərar verib
Mədəniyyət Nazirliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməyə qərar verib.
Nazirlikdən Day.Az-a verilən məlumata görə, Mərkəzi Aparatının əməkdaşları üçün 2020-ci ildə nəzərdə tutulan bir aylıq mükafat məbləği (100 000 manat həcmində) hər bir əməkdaşın razılığı ilə könüllü olaraq Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi qərara alınıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.