https://news.day.az/az/culture/1215644.html Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq - VİDEO

Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq - VİDEO

Mədəniyyət, 24 Mart 2020 14:25 (UTC +04:00) 128 381
Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti aprel döyüşlərindən bəhs edən "4 gün" adlı serial yayımlayacaq.

Day.Az xəbər verir ki, şirkət 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.

Filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir.

Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.

Məlumata görə Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər