https://news.day.az/az/culture/1220307.html Füzuli Dövlət Dram Teatrı onlayn tamaşalar nümayiş etdirir

Füzuli Dövlət Dram Teatrı onlayn tamaşalar nümayiş etdirir

Mədəniyyət, 5 Aprel 2020 18:54 (UTC +04:00) 128 732
Füzuli Dövlət Dram Teatrı onlayn tamaşalar nümayiş etdirir

Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Füzuli Dövlət Dram Teatrı tamaşalarını onlayn nümayiş etdirir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, virtual repertuar əvvəlcədən tərtib olunub. Həmin repertuara əsasən tamaşaçılar teatrın rəsmi "Facebook" sosial şəbəkəsində təqdim olunan səhnə əsərlərini izləyə bilərlər.

Qeyd edək ki, repertuara E.Əfəndiyevin "Qatil", A.Həsənoğlunun "Yaddaş", H.Mirələmovun "Xəcalət", Ə.Orucoğlunun "Nənənin kələyi", Ş. Qurbanovun "Olmadı elə, oldu belə", M.F.Axundzadənin "Müsyo Jordan və "Dərviş Məstəli Şah tamaşaları daxildir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər