EMİN online konsert verdi

Azərbaycanın Xalq artisti, bəstəkar Emin Ağalarov (EMİN) online konsertini təqdim edib. Day.Az xəbər verir ki, həmin konsertdə onunla birlikdə məşhur müğənni Qriqoriy Leps və Rusiyada tanınan azərbaycanlı ifaçı JONY (Cahid Hüseynli) çıxış ediblər.

EMİN online konsertdə artıq populyarlaşmış mahnılarını, eləcə də yeni ifalarını da təqdim edib.

EMİN qeyd edib ki, əksər ölkələrdə koronavirusla bağlı tətbiq edilən karantin rejimi səbəbindən insanlar tetar, muzey, konsert və digər istirahətlərdən məhrum olduqları bir dönəmdə onları musiqi ilə sevindirmək çox xoşdur.