Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə "Azərbaycan Gülüş Liqası ("Азербайджанская Лига Смеха") populyar yumoristik layihəsi ölkəmiz üçün bu çətin günlərdə koronavirusa yox deyərək, əhaliyə nikbin əhval-ruhiyyə bəxş edən "Evdə qal, Pozitiv ol!" klipini hazırlayıb.

Day.Az məlumatına görə, bu klip ölkəmizdə #evdeqal çağırışına bir dəstək verərək, karantin günlərində darıxanlara evdə məşğul olacaq faydalı ideyalara ipucu verir, həm də zamanımızı gülərək pozitiv keçirməyə dəvət edir.

Azərbaycan Gülüş Liqası Ukraynanın "Liга Смiху" yumoristik televiziya şou və oyunlarının qaydalarına uyğun fəaliyyət göstərir və burada müxtəlif kollektivlərin komandaları yarışaraq tapşırıqlara yumoristik cavablar verir, əvvəldən hazırladıqları səhnəcikləri təqdim edirlər. "Gülüş Liqası Azərbaycan" layihəsinin qalibi "Kak po maslu" komandası artıq Ukraynada, İsraildə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək kuboklarla, mükafatlarla təltif olunub.

Klipi bu keçiddən izləyə bilərsiniz: