Tanınmış Azərbaycan bəstəkarı vəfat edib
Azərbaycanın tanınmış bəstəkarı, musiqişünas Nərgiz Şəfiyeva 80 yaşında dünyasını dəyişib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "Facebook" səhifəsində qeyd edilib.
Görkəmli bəstəkar Qara Qarayevin sinfini bitirən Nərgiz xanım bəstəkarlıq sahəsində maraqlı əsərlərin müəllifi olmuşdur. 1995-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. O, fortepiano üçün prelüdlər, silsilə pyeslər, sonatina, sonata, fortepiano üçün "Skertso", violin və piano üçün "Poema", Böyük Simfonik Orkestr üçün "Musiqi", Nazim Hikmətin "Oystraxa məktubum" şeiri əsasında yazılmış vokal "Dialoq", gənc ifaçılar üçün "Gün gələr, həftə keçər" silsiləsi (Azərbaycan xalq muğamları əsasında), violonçel, fleyta və arfa üçün "Damlalar", "Pastoral" triosu, "Mahnı dağlarda qaldı" instrumental kompozisiya və s. əsərlərin müəllifidir.
Bəstəkarlıqla yanaşı, Nərgiz xanım uzun illər pedoqoji fəalyyətlə məşğul idi. Nərgiz Şəfiyeva Azərbaycan Bəstəkarlar İttifaqında fəaliyyət göstərən musiqişünaslıq seksiyasının üzvü, əmək veteranı idi.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.