https://news.day.az/az/culture/1229305.html Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub - FOTO

Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub - FOTO

Mədəniyyət, 29 Aprel 2020 00:20 (UTC +04:00) 129 128
Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin bir qrup şagirdi ilə onlayn ustad dərsi təşkil olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən Day.Az-a bildirilib.

Qeyd edilib ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xormeystri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zenfira Nurullayevanın Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin bir qrup şagirdi ilə onlayn ustad dərsi təşkil olunub.

Dərs zamanı şagirdlərin sualları cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.

Bildirilib ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar uşaq musiqi və incəsənət məktəbləri mövcud şəraitdə öz fəaliyyətlərini sosial şəbəkələr üzərindən davam etdirirlər. Bu müddətdə sosial şəbəkələr vasitəsilə şagird və müəllimlərin, gənc istedadların yaradıcılıq uğurlarının işıqlandırılması, təbliği onları yeni nailiyyətlər qazanmağa daha da ruhlandırır.

Məlumata görə, eyni zamanda pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq musiqi təhsili müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri daha da genişləndirilir.

  • Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub
  • Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub
  • Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub
  • Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub
  • Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub
  • Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər