https://news.day.az/az/economic/1220100.html Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək

Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək

İqtisadiyyat, 4 Aprel 2020 22:40 (UTC +04:00) 990
Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək

Bu ay Azərbaycanda banklar və sığorta şirkətləri maliyyə bazarlarına nəzarət orqanına (Azərbaycan Mərkəzi Bankı) haqq ödəməyəcəklər.

Day.Az-ın məlumatına əsasən, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Məqsəd pandemiyanın mənfi təsir etdiyi maliyyə sektoruna əlavə dəstək verməkdir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər