Koronavirus bir gündə Azərbaycana nə qədər ziyan vurur?

"Azərbaycanda tətbiq olunan güzəştlər, həm MDB və İslam ölkələri arasında ən üst səviyyədədir. Biz çalışırıq ki, iqtisadiyyatın nəbzini izləyək"

Day.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Pandemiya dövründə Azərbaycan iqtisiadiyatına dəymiş ziyanı ilkin formada hesablayırıq. Təqribi olaraq gün ərzində koronavirusa görə Azərbaycan iqtisiadiyatına 120-150 milyon manat ziyan dəyir, lakin Azərbaycan dövlətinin gücü kifayət edir ki, bu zərərin öhdəsindən gələk və əhalinin rifahını təmin edək".