https://news.day.az/az/economic/1228187.html Dövlət bu aylarda sahibkarlara dəstək göstərəcək - RƏSMİ AÇIQLAMA

Dövlət bu aylarda sahibkarlara dəstək göstərəcək - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat, 25 Aprel 2020 17:49 (UTC +04:00) 130 077
Dövlət bu aylarda sahibkarlara dəstək göstərəcək

"Dövlət tərəfindən sahibkarlara verilən dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur".

Day.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib

Onun sözlərinə görə, karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək: "Tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət, istər istehsal və xidmət müəssisələrində minimal sayda əməkdaşlar cəlb olunsun. Təbii olaraq bu, ilk növbədə sanitar-epidemiologi qaydadan irəli gələn məsələdir. Fəaliyyətin tam şəkildə bərpa olunmadığını nəzərə alsaq, bu, müəssisələrin işgüzar aktivliyinə birmənalı təsir göstərəcək". 

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər