https://news.day.az/az/economic/1228217.html Koronavirusdan zərər çəkən sahibkarlara ödənilən vəsaitin məbləği açıqlandı

Koronavirusdan zərər çəkən sahibkarlara ödənilən vəsaitin məbləği açıqlandı

İqtisadiyyat, 25 Aprel 2020 21:44 (UTC +04:00) 129 880
Koronavirusdan zərər çəkən sahibkarlara ödənilən vəsaitin məbləği açıqlandı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabatı açıqlayıb.

Day.Az xəbər verir ki, aprelin 24-ə olan məlumata görə, 65.522 fərdi (mikro) sahibkar müraciət edib, onlardan 60.169 nəfərin müraciəti araşdırılıb.

Faktiki olaraq 55.022 vergi ödəyicisinə 37.930,3 min manat vəsait ödənilib.

Müraciəti araşdırılmış fərdi sahibkarlara göstəriləcək maliyyə dəstəyinin məbləği isə 40.620,5 min manat təşkil edir.

Tədbirin icrası üzrə ümumilikdə 80 milyon manat nəzərdə tutulub.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər